Tənuxi: bir rəvayətə görə «Sibəveyh» adının mənası: otuz ətir
«سِيبَوَيْهٍ اسْم فَارسي، فالسِّي ثَلَاثُونَ، وبويه رَائِحَة، كَأَنَّهُ فِي الْمَعْنى ثَلَاثُونَ رَائِحَة»
“Sibəveyh fars adıdır: si otuz, buyə isə ətir deməkdir; sanki mənası otuz ətirdir.”
Əbül-Məhasin Tənuxi (vəf. h. 442), Tarix əl-üləma ən-nəhviyyin
Sibəveyh ərəb nəhvinin imamı və «əl-Kitab» əsərinin müəllifi idi, əslən fars idi. Tənuxi «Tarix əl-üləma ən-nəhviyyin» əsərindəki tərcümeyi-halında Zübeydidən, o da Əskəridən nəql edərək onun adının farsca bu izahını gətirir. Bu, adın mənası barədə bir neçə rəvayətdən biridir və bizə xatırladır ki, ərəb dilinə ən böyük xidmət edənlər ərəblərdən kənardan gəlmişlər.
مجلس